TQDK təhsil nazirinin regionlardakı ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təkliflərinə münasibət bildirdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil naziri Misir Mərdanovun regionlardakı ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması ilə bağlı təkliflərinə münasibət bildirdi. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, söhbət müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal həddinin paytaxtdan kənar tədris müəssisələri üçün Bakıdakı tədris müəssisələri ilə müqayisədə daha az müəyyən olunmasından gedir.
"Çünki hansısa ali təhsil müəssisəsinə qəbul zamanı balın müəyyənləşdirilməsi müvafiq ixtisas üzrə qəbul aparılan yerlərin sayından və həmin ixtisası seçmiş abituriyentlərin topladığı baldan asılı olur. Yəni bu öz-özünü tənzimləyən bir prosesdir. Təcrübə göstərir ki, onsuz da abituriyentlər paytaxtdan kənarda yerləşən ali məktəblərə Bakıda yerləşən təhsil müəssisələrinə nisbətən daha aşağı balla qəbul olurlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB