Misir Mərdanov: “Regionlardakı ali təhsil müəssisələrinə qəbul ballarının aşağı salınması ilə bağlı təkliflərimizi irəli sürmüşük” - AÇIQLAMA

Misir Mərdanov: “Regionlardakı ali təhsil müəssisələrinə qəbul ballarının aşağı salınması ilə bağlı təkliflərimizi irəli sürmüşük” - AÇIQLAMA
Regionlardakı ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması ilə bağlı təkliflərimizi irəli sürmüşük. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib: "Məsələn, Mingəçevirdə də, Bakıda da texniki universitet var. Təbiidir ki, oradakı universitetlə buradakının şəraitini müqayisə etmək düzgün olmaz. Mingəçevirdəki Texniki Universitetdə qəbul üçün balların aşağı salınması lazımdır. Biz təklimizi vermişik, ancaq bu təklifin qəbul edilib-edilməyəcəyi bizdən asılı deyil".

M.Mərdanov ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını xatırladaraq "biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun" deyib.

Nazir həmçinin 2011-ci ildə tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürüləcəyini, bu işə ilk olaraq Bakı Dövlət Universitetinin yataqxanalarından başlanacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə