“Ali təhsil haqqında qanun layihəsinə görə, rektor həm seçilə, həm də təyin oluna bilər” - MÖVQE
Ali təhsil haqqında qanun layihəsində ali məktəb rektorlarının təyinatı ilə bağlı yazılıb ki, rektor həm seçilə, həm də təyin oluna bilər. Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ali məktəb rektorlarının təyinatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələ Təhsil Haqqında qanunda da belə yazılıb və hələlik seçim deyil, təyinat yolu ilə gedilir: "Açıq deyim ki, ali məktəblərimizdə bu yola üstünlük veririk. Qanunla rektorların təyin olunması və ya seçilməsi ali məktəblərin öz ixtiyarına verilməyib. Bu məsələ müəyyən qurum, nazirlik tərəfindən həll edilir. Lazım gələrsə, məktəbin strukturundan asılı olaraq seçim aparıla, həmçinin təyinat yolu ilə ola həyata keçirilə bilər. Bu gün isə hələlik ali məktəblərdə rektorlar təyinat yolu ilə müəyyənləşdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB