Cəfər Cəfərov: “Qiyabi təhsilin tam ləğv olunması yox, başqa formalara keçməsi haqda düşünmək olar”
"Güman edirəm ki, biz də tədricən distant təhsilə keçəcəyik. Çünki qiyabi təhsil Sovet dövründən qalan təhsil forması idi". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov məlumat verib. O bildirib ki, qiyabi təhsilin də müəyyən üstünlükləri var. Rektorun sözlərinə görə, qiyabi oxuyan tələbənin işləmək imkanları olur, başqa bir tərəfdən isə cəmiyyətdə qiyabi təhsil oxumamaq kimi qiymətləndirilir.
Qiyabi təsilin də öz çətinliklərinin olduğunu deyən C.Cəfərov qeyd edib ki, burada bir sessiya 20-25 gün çəkir: "Buna görə də əyanidə öyrətdiyimizi qiyabidə yerinə yetirmək çətin olur. Orada tələbinin üzərinə yük düşür. Qiyabi təhsilin tam ləğv olunması yox, başqa formalara keçməsi barədə düşünmək olar. Part-time təhsili dünyada qəbul olunmuş sistemdir. Əslində Boloniya prosesində, eyni zamanda yeni proseslərdə kurs anlayışı yoxdur. Tələbənin fərdi dərs seçmək imkanı var. Fikirləşirəm ki, hər halda bunu əvvəlkinə nisbətən azaltmışıq. Güman edirəm ki, qiyabi təhsil 2011-2012-ci tədris ilində də olacaq. Hazırda bizim Elmi Şurada da bu məsələ müzakirə olunur və sonrakı illərdə qiyabi təhsildən imtina edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB