Masallı rayonunda təhsil sahəsində yeni metodların tətbiqi məqsədilə kurslar keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə,Təhsil Nazirliyinin(TN) ölkədə təhsilin səviyyəsini artırmaq məqsədilə keçirdiyi layihələrdən biri olan bu kurslara rayonun pedaqoji işçiləri qatılıblar.
Masallı şəhər 4 saylı Digah orta məktəbində "Öyrədənlərin öyrədəni" adı altında baş tutan kurslarda Təhsil Nazirliyinin aparıcı mütəxəssisləri iştirakçılara müasir təlim metodları barədə məlumat verir, təhsil kollektivlərin peşəkarlığını artırmaq üçün təlimlər keçir, onları maraqlandıran suallara aydınlıq gətirirlər.
TN-nin aparıcı mütəxəssisi Afət Süleymanova kursların məqsədi barədə məlumat verərkən bildirib ki, "Yerlərdə kurrikulumları tətbiq edən müəllimlər üçün artıq 2-3 ildir ki,kurslar təşkil olunur.Amma bu prosesi nəzarətdə saxlamaqdan ötrü rəhbər pedaqoji kadrlar olsun deyə, indiki kurslar rayon təhsil şöbəsinin məsləhətçiləri, metodistləri, məktəb direktorları, direktor müavinləri üçün təşkil olunub". Hazırda Masallı ilə yanaşı,respublikanın 10 şəhər və rayonunda analoji kurslar gerçəkləşir.
Qeyd edək ki,TN əmrinə əsasən keçirilən kurslar indiyədək Bakı şəhərinin 11 rayonunda baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB