“100 sual, 100 cavab”
Bu gün Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) Bakı şəhəri üzrə Təhsil İdarəsinin universitetlə birlikdə təşkil etdiyi "100 sual, 100 cavab" intellekt yarışması keçirilib. SİA-nın məlumatına görə, təşkilat komitəsinin tərkibində ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Qənirə Sulyanova, 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov və başqaları iştirak edib.

Q.Sultanova açıqlamasında bildirib ki, bu yarışma mütəmadi olaraq 3 ildir ki təşkil olunur: "Yarışmanı keçirməkdə əsas məqsəd intellektə malik olan şagirdləri aşkar etmək və onların dünyagörüşünü daha artırmaqdır. Burdakı professorlarla uşaqları tanış etmək və onların ünsiyyəti onlar üçün əhəmiyyətli olacaq".

Yarışmada əsasən Uşaq və Texniki Yaradıcılıq Mərkəzinin şagirdləri təmsil olunublar. Müxtəlif rayonları təmsil edən 20-dən çox komanda yarışmada iştirak edib. Hər komanda da 3 nəfər test şəklində olan 100 sualı cavablandırıb. Həmin test sualları isə təşkilat komitəsinin tərkibində olan şəxlər tərəfindən yoxlanılacaq.

Məlumat üçün bildirək ki, mükafatlandırmada I yerə 3, II yerə də 3 nəfər namizədin diplom alması nəzərdə tutulub. Bununla yanaşı, 6 həvəsləndirici yer nəzərdə tutulub ki, onlar da həm diplom, həm də müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə