Səhiyyə Nazirliyində İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri ilə görüş keçirilib
23-27 dekabr ölkədə rəsmi səfərdə olan İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq xeyriyyə Birliyinin baş katibi Seyid Rza Nəyyiri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüş keçirilib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, qonaqları səhiyyə nazirinin müavini Elsevər Ağayev qəbul edib.
Görüşdə əsasən Xeyriyyə Birliyinin İrandakı fəaliyyəti, ölkələrimiz arasında səhiyyə və tibb elmi əlaqələri, həmçinin gələcək münasibət və perspektivləri müzakirə olunub. Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri M. Bəhrami də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB