"Təhsil daimi inkişaf edən sahələrdən biridir. Bu baxımdan növbəti qurultaya qədər həlli vacib olan bir sıra məsələlər var. Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tədbiqi qarşıda duran başlıca vəzifələrdəndir". SİA xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara ixtisaslara ehtiyac yaranacaq: "Bununla bağlı təmayülləşmənin daha erkən yaşlardan tədbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nano texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tədbiqi prioritet hesab olunmalıdır".
C.Bayramov bildirib ki, yeni məzmunun tədbiqi ilk növbədə yeni yanaşmaları mənimsəyən və tədbiq etməyi bacaran pedoqoji kadrlar tələb edir: "Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə nazirlik tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tədbiqi təcrübə komponentinin əhəmiyyətli dərəcədə artması əsas hədəflər kimi müəyyən edilib. Ali təhsil sahəsində ən böyük hədəflərdən biri əhatəliliyin və keyfiyyətin artırılmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB