"Orta ixtisas təhsili sahəsində kadr hazırlığı hədəfimizdir"

"Orta ixtisas təhsili sahəsində kadr hazırlığı hədəfimizdir"

"Son illər çağdaş təhsil tarixində yüksək inkişaf bütün sahələrdə islahatların daha dərinləşməsi dövrü kimi xarakterizə olunur. Təhsil sistemin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalıb". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin xV Qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb. C.Bayramov qeyd edib ki, 2020-ci ildə bunun 90 faizə çatdırılması hədəf olaraq seçilib: "Bu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11xi sinifləri üzrə təhsil alanların 28 faizini təşkil edib. İlkin təhlillər göstərir ki, təmayüllü məktəbləri bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər. Respublika fənn olimpiadalarının iştirakçılarının sayı təxminən 5 dəfə artıb. Son il bütün fənlər üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 17 faiz artıb. Son 5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib. 1-ci siniflərə qəbul olan şagirdlərin sayı 230 mindən çox artıb və 2013-cü illə müqayisədə artıb".

Son 5 il ərzində şagird və müəllim nisbətinim xeyli artdığını deyən nazir söyləyib ki, 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb və ya 2014-cü illə müqayisədə 2.3 dəfə artıb: "Nazirlər Kabinetinin qərarlarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profilə uyğun olaraq ali təhsil müəssisələrinin nəzdinə verilib. Həmin kolleclərə ali məktəblərin ixtisasları unitifikasiya olunub. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübəyə Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə