Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. SİA-nın xəbərinə görə, qurultay iştirakçıları öncə Fəxri Xiyabana gedərək. Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.
XV qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov, millət vəkilləri, media kapitanları, təhsil ekspertləri və digərləri iştirak edir.
Qurultay Dövlət Himninin oxunması ilə başlanıb.
Qeyd edək ki, Qurultay öz işini panellərlə davam edəcək.
Sonda qurultayın qətnaməsi qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB