Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun birinci prorektorunu qəbul edib
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun (MFTI) birinci prorektoru, professor Timofey Kondranini və bu institutun ümumi və tətbiqi fizika fakültəsinin dekanı, professor Mixail Trunini qəbul edib. BDU-nun mətbuat informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, T.Kondranin BDU ilə təmsil etdiyi İnstitutun əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. MFTİ-də oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasını vacib olduğunu söyləyib. Qonaqların fikirləri ilə həmrəy olduğunu bildirən akademik Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutu ilə səmərəli və işlək əməkdaşlıgın mümkünlüyünü vurgulayıb. Bu məsələyə daha çox diqqət ayıracagını deyib.
Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB