Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində startap klubu yaradılıb. UNEC-dən SİA-ya bildirilib ki, klubun yaradılmasında məqsəd Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) təhsil alan və startap ideyaları olan tələbələrə dəstək göstərməkdir. Klub startap ideyalarını reallaşdırmaq istəyən tələbələrə kiçik biznesin yaradılması, maliyyələşdirilməsi, marketinqi və digər mövzularda təlimlər keçəcək, eyni zamanda, ödənişsiz konsultasiya xidməti göstərəcək. Təlimlərlə yanaşı, İSE tələbələri arasında ildə bir dəfə startap müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB