Şəmsəddin Hacıyev: “Heç kəs qiyabi təhsili ləğv etmək fikrində deyil”
"Heç kəs qiyabi təhsili ləğv etmək fikrində deyil". Bunu SİA-ya açıqlamasında ali məktəblərdə qiyabi təhsilin ləğvi ilə bağlı məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Eyni zamanda millət vəkili gələn il üçün Milli məclisdə müzakirəyə çıxarılması nəzərədə tutulan qanunlara da toxunub: "Gələn il ərzində Elm və təhsil komitəsi tərəfindən iki qanunun müzakirə olunması üçün parlamentə təqdim edilməsi nəzərdə tutulub. Bunlar "Elm" və "Ali təhsil" haqqında qanunlarıdır. Eyni zamanda iş planımızda "Orta təhsil", "Məktəbə qədər təhsil"və "Əlavə təhsil" haqqında qanun yəni yaşlılar barəsində qanun layihələrini də hazırlamaq var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB