Yaponiyanın Doşişa Universitetinin professoru ADU-nun rektoru ilə görüşüb

Yaponiyanın Doşişa Universitetinin professoru ADU-nun rektoru ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishi ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ölkələrarası, parlamenlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqda qonağa məlumat verib.

S.Seyidov rektoru olduğu ali təhsil ocağının tarixindən bəhs edərək ADU-nun Azərbaycanda unikal tədris müəssisəsi olduğunu Hisae Nakanishinin diqqətinə çatdırıb. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin açıldığını və gündən-günə bunların sayının artdığını bildirən Səməd Seyidov ADU-da ingilis, alman, fransız, ispan, italyan dillərinin öyrənilməsi ilə yanaşı, universitetdə beynəlxalq əlaqələr və regionşünaslıq, həmçinin tərcümə fakeltələrinin mövcudluğunu vurğulayıb. O deyib ki, bununla yanaşı, yapon dili və mədəniyyətinə ölkəmizdə hər zaman böyük maraq olub.

H.Nakanishi Dillər Universitetində olmasından fərəh hissi keçirdiyini deyib və bu ali təhsil ocağı ilə Doşişa Universiteti arasında mümkün unversitetlərarası əlaqələrə toxunaraq qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb. O, bu əlaqələrin vacibliyini vurğulayıb. Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlığın prospektivləri müzakirə olunub. Sonra Hisae Nakanishi Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə