Cari il uşaqlarımız hansı səviyyədə qoruya bilmişik?-STATİSTİK GÖSTƏRİCİLƏR

Cari il uşaqlarımız hansı səviyyədə qoruya bilmişik?-STATİSTİK GÖSTƏRİCİLƏR
Təhsil naziri Misir Mərdanov dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsi və alternativ qayğı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. SİA olaraq cari il bu istiqamətdə həyata keçirilən işlərin statistik göstəricilərini təqdim edirik.

Təhsil Nazirliyinin nəzdində dövlət uşaq müəssisələrinin yaşayan uşaqlar barədə məlumat bazası yaradılıb. Bazaya daxil olan məlumatlara əsasən, hazırda ölkəmizdə fəaliyyət göstərən 46 dövlət uşaq müəssisəsində 9874 nəfər uşaq təlim-tərbiyə alır. Onların 6014 nəfəri yalnız təhsil alanlardır, qalan 3860 nəfəri isə müəssisədə həm təhsil alır, həm də yaşayır. Bu uşaqların müəssisədə gecələməsinə baxmayaraq onların 86%-i müəssisəyə müvəqqəti olaraq yerləşdirilən uşaqlardır. Müəssiədə gecələyən uşaqların evə getmə tezliyinə nəzər salsaq görərik ki, hər şənbə-bazar günləri evə gedənlərin sayı 1356 nəfər, hərdənbir evə gedənlərin sayı 1914 nəfər, müəssisədə yaşayıb evə getməyənlərin sayı isə 590 nəfərdir.

Müəsisədə yaşayan uşaqların əksəriyyəti, yəni 3109 nəfəri 7-16 yaş qrupunda olan uşaqlardır. Bununla yanaşı müəssisədə gecələyən 3860 nəfər uşaqdan 1473 nəfəri sağlamlıq imkanları məhdud olan insanlardır. Dövlət uşaq müəssisələrindəki uşaqların təlim-tərbiyəsi ilə bugünə 2530 nəfər pedaqoji işçi məşğul olur.

Son altı ay ərizndə övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 14-17 yaş arası 8 uşaq övladlığa verilib. Təhsil Nazirliyində övladlığa götürülməsi mümkün olan uşaqların mərkəzləşmiş qeydiyyatında bu günə 27 uşaq qeydiyyatdadır. Onların 18 nəfəri 14-17 yaş arası, 9 nəfəri isə 5 nəfəri isə sağlamıq imkanları məhdud olan uşaqlardır.

Uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən biri də onlara doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin alınmasıdır. Bu istiqamətdə Ədliyyə Nazirliyinin dəstəyi ilə 2009-cu ildə 33 uşağa, 2010-cu ildə isə 31 uşağa doğum haqqında şəhadətnamə verilib. Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində 3 nəfər məzuna şəxsiyyət vəsiqəsi verilib. Səhiyyə Nazirliyi ilə əməkdaşlıq nəticəsində 1 uşağın göz əməliyyatı, 1 uşağın onkoloji qan xəstəlikləri üzrə dərman preparatları təchiz olunması ilə bağlı tədbirlər görülüb. 1 uşağa isə eşitmə aparatı alınıb.

Bütün bu işlərlə yanaşı Daxili İşlər Nazirliyi ilə sırf əməkdaşlıq küçə həyatına məruz qalan 10 nəfər uşağın təhsilə cəlb olunması və təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət uşaq müəssisələrinə yerləşdirilməsi üçün müvafiq tədbir görülüb. Küçə həyatına məruz qalan 9 uşaq Ümid yeri Xeyriyyə Cəmiyyətinin sığınacağından, 5 uşaq isə Azərbaycan Uşaq Birliyi Təşkilatı tərəfindən dövlət uşaq müəssisələrinə yerləşdirilib. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, dövlət uşaq müəssisələrindəki uşaqların sayı ilbəil artır. 2008-ci ildə onların sayı 4055, 2009-cu ildə 3945, bu il isə 3860 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə