Polşa Respublikasının Azərbaycandkı səfiri BSU-da olub

Polşa Respublikasının Azərbaycandkı səfiri BSU-da olub

Bu gün Bakı Slavyan Universitetində Polşanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixal Labendanın iştirakı ilə "Şopen ili"nin yekunlaşdırılmasına həsr olunmuş sərginin açılışı və "Səfir saatı" klubunda görüş baş tutdu.

Xatırladaq ki, dahi polşalı bəstəkar F.Şopenin anadan olmasının 100 illik yubileyi münasibətilə 2010-cu il Polşa hökuməti tərəfindən "Şopen ili" elan olunub. Bu münasibətlə Mazoviya mədəniyyət və incəsənət mərkəzi Varşava İncəsənət Akademiyası və "İskustvo Medii" institutu ilə birgə Şopen mövzusuna həsr olunmuş plakat müsabiqəsi təşkil edilib. Müsabiqədə tanınmış polşalı rəssamlar və qrafiklər iştirak ediblər. Şopen mövzusunda fərqlənmiş əsərlər bu gün Bakı Slavyan Universitetində sərgiyə qoyulub.

BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərgini Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev açaraq səfiri və digər qonaqları BSU-da görməkdən məmnun olduğunu bildirdi.

Açılışda çıxış edən Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixal Labenda BSU kollettivini salamladı. Daha sonra səfir M.Labenda ilə tələbə və magistrantların "Səfir saatı" klubu layihəsi çərçivəsində görüşü keçirildi.

Səfir M.Labenda "Polşa Avropa Birliyində" mövzusuna həsr olunmuş mühazirə ilə çıxış etdi. Mühazirədə səfir M.Labenda Polşa Respublikasının Avropa Birliyinə daxil olma prosesi və buradakı fəaliyyətindən ətraflı söhbət açdı. Tələbə və magistrantları maraqlandıran çoxsaylı sualları cavablandıran səfir universitetin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı.

Bütün xəbərlər Facebook səhifəmizdə