Qəbul imtahanlarında vəzifəsini nümunəvi yerinə yetirən 23 nəzarətçiyə fəxri fərman təqdim olunub - TƏDBİR
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə 2010-cu ildə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini layiqincə yerinə yetirmiş nəzarətçi-müəllimlərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə TQDK-nın rəhbərliyi komissiya ilə son illər ərzində sıx əməkdaşlıq edən, qəbul imtahanlarında müntəzəm iştirak edərək zal nəzarətçisi vəzifəsini nümunəvi yerinə yetirən 23 nəzarətçiyə fəxri fərman təqdim edib, onları TQDK-nın nəşrləri, test kitabçaları, tədris vəsaitləri ilə mükafatlandırıblar. Bundan əlavə, qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilən 617 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin keyfiyyət göstəricisi kimi nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar ünvanlanıb.
Görüşdə çıxış edən M.Abbaszadə bildirib ki, TQDK-nın nəzarətçilər bazasına 8000-dək fənn müəllimi daxildir. Onun sözlərinə görə, həmin müəllimlərin imtahanlara nəzarətçi kimi cəlb olunması təhsil şöbələri və orta ümumtəhsil məktəblərinin təqdimatı əsasında, müqavilə yolu ilə aparılır. O vurğulayıb ki, 2010-cu ildə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında və müxtəlif dövlət qurumlarına işə qəbulla bağlı keçirilən test imtahanlarına nəzarətçilərin hazırlığı məqsədilə ənənəvi seminar-məşgələlər təşkil olunub: "Seminarlar TQDK-nın Təşkilat şöbəsinin əməkdaşları tərəfindən fevralın 15-dən aprelin 15-dək aparılıb, imtahanın gedişində nəzarətçinin vəzifələrinin dolğun izahını təmin etmək üçün 25-30 nəfərlik qruplarla keçirilib. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilib. Seminar-məşğələlərdə iştirak etmiş nəzarətçilər daha sonra TQDK tərəfindən keçirilən sınaq imtahanlarına cəlb ediliblər".
TQDK sədri qeyd edib ki, qəbul imtahanları başa çatdıqdan sonra bu prosesdə iştirak edən nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb. Onun sözlərinə göər, bu zaman çoxsaylı meyarlar nəzərə alınıb, zalı idarə etmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qeydi, rəy və qiymətləndirməsi və digər vacib amillər əsas götürülüb.
Tədbirdə qeyd olunub ki, 2010-cu ildə keçirilmiş qəbul imtahanlarına ümumilikdə 6109 nəzarərtçi-müəllim cəlb olunub. 184 nəzarətçi əsaslı bir səbəb olmadan və iştrak etməyəcəyini öncədən bildirmədən imtahana gəlməyib, 236 nəfər imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimat qaydalarını pozduqlarına görə nəzarətçilər bazasından çıxarılıb və onlar barəsində müvafiq tədbir görülməsi üçün aidiyyatı təşkilatlara məktublar göndərilib, 116 müəllimə şifahi xəbərdarlıq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB