Məleykə Abbaszadə: “Gələn ilin sentyabr və ya oktyabr aylarında rezidenturaya qəbul imtahanının keçirilməsi nəzərdə tutulur”
"Rezidentura ilə əlaqədar iki aydır ki, elmi-metodiki seminarlar keçirilir, Tibb Universitetinin müəllim-professor heyəti, Səhiyyə Nazirliyinin ekspertləri, həmçinin müstəqil ekspertlərlə çox ciddi işlər görülür. Artıq imtahana daxil olan baza və ixtisas fənləri demək olar ki, təsdiqlənib". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, indi o proqramlar üzərində çox ciddi işlər aparılır. TQDK sədrinin sözlərinə görə, bunlar fevral ayında ictimaiyyətə təqdim ediləcək. M.Abbaszadənin fikrincə, rezidenturaya qəbul imtahanın proqramını çap edəndə ictimaiyyətə model testləri də təqdim edəcəyik ki, rezidentura imtahanlarına hazırlaşanlar onlarla tanış olsunlar və təsəvvür etsinlər ki, imtahanlarda hansı səviyyədə çətinlik onları gözləyir.
"İmtahanın vaxtını dəqiq deyə bilmərəm. Tibb Universitetinin tələbələri buraxılış imtahanlarını avqust ayında verirlər. Buna görə də rezidenturaya qəbul imtahanları sentyabrın axırı və ya oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur", – deyə o əlavə edib.
Növbəti ildəki yeniliklərə gəlincə M.Abbaszadə qeyd edib ki, 2011-ci ildə imtahanın məzmunu ilə bağlı olan yeniliklər barədə yanvar ayında işıq üzü görəcək "Abituriyent" jurnalının birinci sayında elan veriləcək. O bildirib ki, proqram, imtahanın məzmunu, mahiyyəti ilə əlaqədar olan yeniliklər elmi-metodiki seminarlarda müzakirə olunub: "Bütün fənlər üzrə proqramlar hazırdır. Təbii ki, fəndə ola bilsin hansısa dəyişikliklər var. Bu həm də yeni dərsliklərin dövriyyəyə verilməsi, istifadə olunması, proqramlarda hansısa yeniliklərin mövcudluğu və digər məsələlərlə əlaqədardır. Fənlərin sayı çoxdur, buna görə də hər bir fənnə aid yeniliyi abituriyent özü jurnalı alaraq oxumalı və öz hazırlıq mərhələsində bu yenilikləri nəzərə almalıdır. Bu testlərin mahiyyəti əlaqədar olan məsələlər proqramda öz əksini tapıb. Bu proqramlar da yanvar ayında çap olunaraq ictimaiyyətə təqdim olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB