"Büdcədən elmə ayrılan vəsait artırılsın" deputatlardan TƏKLİF

"Büdcədən elmə ayrılan vəsait artırılsın" deputatlardan TƏKLİF

"Gələn ilin dövlət büdcəsi layihəsində elmə ayrılan vəsait də artırılsa da, bu, çox cüzidir. Elmə belə münasibət ədalətsizlikdir". SİA-nın məlumatına görə, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə komitələrin birgə icasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, büdcədə elmə ayrılan vəsaitin xüsusi çəkisi çox azdır və bu rəqəmi yüksəldə bilmirik: "AMEA sistemində çalışanların da əməkhaqları aşağıdır və onların əməkhaqlarının artırılması üçün vəsait ayrılmalıdır”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də həmkarının fikirlərin ilə həmrəy olduğunu ifadə edərək deyib ki, AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait illərlə sabit qalır: “Akademiya inkişaf edir, bu rəqəmin hər il sabit qalması imkanları məhdudlaşır. Təklif edərdim ki, akademiyaya ayrılan vəsait artırılsın. Akademiya böyük elmi bazadır və onun fəaliyyətinə dəstək verilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə