Məleykə Abbaszadə: "TQDK 2011-ci ilin yanvar ayının 23-də respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək"

Məleykə Abbaszadə: "TQDK 2011-ci ilin yanvar ayının 23-də respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək"

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci ilin yanvar ayının 23-də respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk dəfə açıq testlər tətbiq ediləcək.

O qeyd edib ki, abituriyentlərin cavablarını təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanı təşkil ediləcək. İmtahana yazılış isə gələn ilin yanvar ayının 6-dan başlayacaq.

TQDK sədri vurğulayıb ki, sınaq imtahanlarının keçiriləcəyi bölgələrin və yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Eyni zamanda sınaq imtahanına abituriyentlər yalnız internet vasitəsilə və özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün isə abituriyentlər TQDK-nın ödəmə kartını əldə etməlidirlər".

Sonrakı sınaq imtahanlarına gəlincə, Məleykə Abbaszadə bildirib ki, həmin imtahaların müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə