Beynəlxalq səviyyədə tanınmış politoloq Qərbi Kaspi Universitetində

Beynəlxalq səviyyədə tanınmış politoloq Qərbi Kaspi Universitetində

Siyasi təhlilçi, beynəlxalq səviyyədə tanınmış teleaparıcı, bir çox ali mükafatların laureatı Malik Ayub Sumbal Qərbi Kaspi Universitetinin tələbələri üçün mühazirə ilə çıxış edib. SİA-nın verdiyi məlumata görə, politoloq tələbələr qarşısında "Qafqaz bu gün və gələcək illərdə: Azərbaycan Qafqaz regionunda stabilliyin təmin olunmasında əsas rol oynayır” mövzusunda çıxış edib.

Qonaq region üçün Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətinə toxunub, ölkəmizin Cənubi Qafqazın lakomativi rolunda çıxış etdiyini vurğulayıb, mövzu ilə bağlı təhlillərini bölüşüb.

Məlumat üçün bildirək ki, Malik Ayub Sumbal hazırda Çin mərkəzi Televiziyasının (CCTV) beynəlxalq icmalçısı, Dünyada Mətbuat Azadlığına xidmət üçün fəaliyyət göstərən aparıcı təşkilat olan Mətbuat Azadlığı Konsorsiumunun prezidentidir. The Caspian Times dünya xəbərlər portalının rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə