“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda müsabiqə keçiriləcək
Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə razılaşmasına əsasən, ümumtəhsil məktəblərinin şagirdləri arasında "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq, inşa, hekayə, şeir nominasiyaları üzrə təşkil olunacaq.
"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi www.edu.gov.az İnternet ünvanında yerləşdirilib. Müsabiqənin respublika turunun keçiriləcəyi yer və vaxt haqqında əlavə məlumat veriləcək.
Respublika turunda yığma komandaların iştirakını təmin etmək üçün müsabiqənin əsasnaməsinin tələblərinə müvafiq tədbirlərin görülməsi və müsabiqənin rayon, şəhər mərhələsinin yüksək səviyyədə keçirilməsi Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB