2011–ci ildə qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə təklif ediləcək test modeli müzakirə olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, seminarda gündəlik məsələ 2011–ci ildə ali məktəblərə qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə təklif ediləcək test modelinin müəyyənləşdirilməsi olub.
Müzakirəyə təqdim olunmuş test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsi, qabiliyyət göstəricisi və məzmuna görə ciddi təhlil edilib və nəzəri biliklərin tətbiqinə yönəlib, məntiqi düşünməyə əsaslanan test tapşırıqlarına üstünlük verilib.
İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları haqqında fikir bildirmiş və təkliflərini veriblər. Cəlilabad rayonunun orta məktəblərinin müəllimləri də internet vasitəsilə videobağlantıya qoşulub.
Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB