Bakıda “Xaricdə Təhsil” adlı sərgi təşkil olunub

Bakıda “Xaricdə Təhsil” adlı sərgi təşkil olunub
Bu gün Bakı Dövlət Universiteti və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə "Xaricdə Təhsil" adlı sərgi keçirib. SİA-nın məlumatına görə, tədbirdə ilk öncə BDU-nun elmi işlər üzrə prorektoru İsmayıl Əliyev çıxışında Azərbaycanın son vaxtlar elm və təhsildə irəlilədiyini bildirib. Onun sözlərinə görə, artıq respublikamız dünya birliyinə də inteqrasiya olunur: "Xaricdə Təhsil" sərgisinə toplaşmaqda məqsədimiz bütün maraq göstərən şəxsləri və təşkilatları bir yerdə və eyni vaxtda toplayıb Azərbaycanlı gənclərin xaricində təhsil almaq imkanları haqqında lazımi məlumat verməkdir". Təhsil nazirinin müavini Elmar Qasımov çıxışında toplanmaqda məqsədin xaricdə təhsilin nə səviyyədə olduğunu bilmək və tələbələrin xaricdə təhsilini təşkil etmək olduğunu qeyd edib. O əlavə edib ki, biz çalışmalıyıq ki, tələbələrimizin xaricdə daha aktiv şəkildə təhsil almalarına nail ola bilək. Sərgidə 20-dən artıq müəssisənin nümayəndələri iştirak edib. Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verib və yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təchiz ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə