Dekabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səməd Seyidov qonağı salamlayaraq onu Azərbaycan Dillər Universitetində qəbul etməkdən məmnunluğunu dilə gətirdi. Universitetin tarixi haqqında danışan rektor universitetdə 10-dan artıq xarici dilin tədris olunduğunu bildirdi. ADU-da bir çox mərkəzlərin fəaliyyət göstərdiyini və bu yaxınlarda bir neçə yeni mərkəzlərin də açılacağını qeyd etdi. Bundan başqa rektor TEMPUS proqramından danışdı və ADU-nun bu layihəyə ev sahibliyi etdiyini söylədi.
Öz növbəsində qarşılıqlı əlaqələrdə bütün sahələrin vacib olduğunu deyən Aryen Uyterlinde təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını bildirdi.
Səməd Seyidov Azərbaycanın nəinki Avropa ölkələri ilə, eyni zamanda Şərq ölkələri ilə də əlaqələrinin olduğunu bildirdi. Bu əməkdaşlığın məhz o ölkələrin qədim tarixə, mədəniyyətə sahib olduqlarına görə yarandığını qeyd etdi. Eyni zamanda ADU-nun bəzi Şərq ölkələrinin universitetləri ilə də əməkdaşlıq etdiyini bildirdi.
Sonda səfir Azərbaycan Dillər Univesitetində olduğundan məmnunluq hissi duyduğunu söylədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB