Təhsil naziri: “Cari tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrdə doktoranturaya qəbul aparılacaq” - AÇIQLAMA
Cari tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində doktoranturaya qəbul aparılacaq. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, artıq qəbul planı hökumətə təqdim edilib və hökumət bunu təsdiq edəndə elan veriləcək və doktoranturaya qəbul aparılacaq. M.Mərdanovun sözlərinə görə, nazirliyin tabeliyində olan bütün müəssisələrdə deyil, ancaq xüsusi şəraiti və imkanı olan müəssisələrdə doktoranturaya qəbul həyata keçiriləcək.
M.Mərdanov, həmçinin Boloniya prosesinin ali məktəblərdə tətbiqi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, Boloniya prosesində də tələbənin dərsə gedib- getməməsi məsələsi izlənilir. Burada da məhdudiyyətlərin olduğunu deyən təhsil naziri qeyd edib ki, Boloniya prosesində tələbənin dərsi mənimsəməməsi məsələsi olarsa, o zaman proses uzana bilər. Onun fikrincə, tələbə dərsə uzun müddət üzrsüz səbəbdən gəlmirsə, təbii ki, o ali məktəbdə oxuya bilməz.
Təhsil naziri müəllimlərin bölgələrə göndərilməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, son 6 ildə hər il təxminən 1000 nəfər müəllim ehtiyac olan yerlərə göndərilib. Onun sözlərinə görə, dövlətin müəyyən etdiyi qaydalar uyğun olaraq həm əmək haqqında, həm də digər məsələlərdə artım var.
Azərbaycan ali məktəblərinin diplomlarının xaricdə tanınması məsələsinə də münasibət bildirən nazir qeyd edib ki, bu istiqamətdə işlər və sənəd imzalamaları davam edir: "Ancaq bu məsələ çox çətin və ağrılı problemdir. Ona görə bu işdə nə tələsmək, nə də çox gecikmək olmaz. Avstriya ilə müqavilə bağlamış, Rusiya, Türkiyə, Baltikyanı ölkələrlə diplomların tanınmasında heç bir problem yoxdur, digərləri ilə də bu istiqamətdə danışıqlar aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB