Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək. 18-20 oktyabr tarixlərində baş tutacaq konfrans BANM-ın təşkilatı dəstəyilə həyata keçirilir.
BANM-dan SİA-ya verilən məlumata görə, konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif troblemi, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi: Ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə: İnnovasiyalar və sənayenin inkişafı kimi mövzulara toxunulacaq.
Konfransda nüfüzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-nin və digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə