“Gələcək nəsillərlə üz-üzə” III ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - TƏDBİR
Bu gün Təhsil Nazirliyində "Gələcək nəsillərlə üz-üzə" III ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin komitə sədrləri Şəmssədin Hacıyev, Səməd Seyidov, Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər qurumların rəhbər şəxsləri iştirak ediblər. Mərasimdə qonaqların arasına "Qlobal Minillik Prizi" beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, "Minilliyin Layihəsi"nin Meksika üzrə bölməsinin rəhbəri senyora Konsepsion Olavarrieta da qatılıb.
Tədirdə çıxış edən təhsil naziir Misir Mərdanov bildirib ki, bu müsabiqə artıq 3-cü ildir ki, BMT-nin elan etdiyi problemlərlə bağlı olaraq keçirilir. Onun sözlərinə görə, müsabiqə Rabitə və İnformasiya Texnologiyalan Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. M.Mərdanov vurğulayıb ki, "Gələcək nəsillərlə üz-üzə" III ümumrespublika inşa müsabiqəsi orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilib.
"Müsabiqənin keçirilməsi məqsədi ilə müsabiqənin şərtlərini əks etdirən müvafiq Təlimat və Minilliyin Layihəsinin 15 Qlobal Çağırışlarını təsvir edən yardımçı materialları Təlimata Əlavə formasında hazırlanıb. İnşa yazılarının son təqdim etmə tarixi 25 may olub. Müsabiqəyə təqdim edilən inşa yazıları Minilliyin Layihəsinin Qlobal Çağırışına uyğun 15 mövzunu əhatə edib. Müsabiqədə şagird və tələbələrin iştirakı və mövzu seçimi sərbəst, könüllü olub. İştirakçılar istənilən mövzunu seçməklə həmin mövzuya uyğun inşa yazısını hazırlayıblar", - deyə o əlavə edib.
Nazir vurğulayıb ki, inşa yazılarının münsiflər heyəti tərəfindən qiymətləndirilməsi nəticəsində bu il şagirdlər arasından 657 iştirakçı, tələbələr arasından 423 iştirakçı 15 Qlobal Çağırış üzrə birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparıb. Onun sözlərinə görə, müsabiqənin tələbələrdən və şagirdlərdən ibarət cəmi 58 finalçısı peşəkar münsiflər heyəti tərəfindən seçilib ki, onlardan 36-sı qız və 22-si oğlan, 37-si şagird və 21-i isə tələbədir: "Müsabiqənin şagird fınalçıları sırasında Bakı şəhəri üzrə 10, Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam, Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran, Ağcabədi, Imişli, Kürdəmir, Samuxdan isə 1 nəfər müvafiq yerlərə layiq görülüb. Müsabiqənin tələbə finalçıları içərisində Azərbaycan Dövlət İqtisad Universitetindən 5, Bakı Slavyan Universitetindən 3, Azərbaycan Dillər Universitetindən 2, Azərbaycan Müəllimbr İnstitutu, Gəncə Dövlət Universiteti, Ağcabədi Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Qazax Müəllimlər İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Xəzər Universitetindən isə 1 iştirakçı müvafiq yerlərə layiq görülüblər".
Tədbirin davamında çıxış edən gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları çıxış edərək ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, ölkədə bütün sahələrə olduğu kimi təhsil sahəsinə də dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bütün bunların sayəsində də ölkədə gənclərin elmə, təhsilə marağı ilbəil artır.
Tədbirin sonunda müsabiqədə qalib və finalçılara sertifıkatlar və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB