Azərbaycanda tələbələrə ictimai nəqliyyatdan istifadə zamanı endirimlər edilə bilər
“Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış “Azərbaycan Tələbə Kartı “tələbələrə tamamilə ödənişsiz paylanılır. Bu layihə tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçrilən iclasında çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
ATGTİ-sədri bildirib ki, regionda və paytaxtda yaşayan tələbələrin arzuları ondan ibarətdir ki, onlara ictimai nəqliyyatdan istifadə zamanı endirimlər edilsin: “Təbii ki, bizdə bu qiymətlər avropa ilə müqayisədə çox ucuzdur. Ancaq yenə də tələbələrin müraciətləri nəzərə alınıb. Artıq müvafiq qurumlarla bu məsələ ətrafında danışıqlar aparılır. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB