Deputatlar müəllimlərin peşə bayramını təbrik etdilər

Deputatlar müəllimlərin peşə bayramını təbrik etdilər

Milli Məclisin plenar iclasında müəllimlərin peşə bayramı təbrik edilib. SİA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin depyutatı Aydın Mirzəzadə bütün müəllimlərin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib: “Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir. Azərbaycanda təhsilə gösərilən qayğı özünün göstərir. Ölkəmizdə son 15 ildə 3500 məktəb ya təmir edilib, ya da yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qarşındadır. Deputatlar arasında da müəllim fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm”.

Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə