Təhsil naziri: “Yeni il şənliklərinin keçirilməsi məsələsini məktəblər, şagirdlər və valideynlər özləri həll etməlidirlər”
Təhsil naziri Misir Mərdanov məktəblərdə yeni il şənliklərinin keçirilməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında nazir bildirib ki, məsələni ciddi, gündəmdə olan problem kimi qoymamalıyıq.
Onun sözlərinə görə, bunu məktəblər, şagirdlər və valideynlər özləri həll etməlidirlər: "Mən əmr edim ki, belə olmalıdır, şəxsən bunu düzgün saymıram. Ancaq amalımız odur ki, bu işin təhsilə, millətimizin gələcəyinə müsbət təsiri olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB