“Bolonya prosesinin tətbiqi təcrübəsi” mövzusunda Respublika Elmi Konfransı keçirilib

“Bolonya prosesinin tətbiqi təcrübəsi” mövzusunda Respublika Elmi Konfransı keçirilib
Bu gün "Bolonya prosesinin tətbiqi təcrübəsi" mövzusunda Respublika Elmi Konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransa Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov və başqa elm adamları iştirak edib. Konfransda "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili" və "Ali məktəblərin cəmiyyətdə rolu və keyfiyyətin təmin olunması" məsələləri haqqında müzakirələr edilib.

Tədbiri giriş sözü ilə açan Səməd Seyidov Bolonya sisteminə keçidin Azərbaycanda çox önəmli olduğunu deyib: "Azərbaycanda 2005-ci ildən başlayaraq Bolonya sisteminə keçidə addım atılıb. Bu sistemi hələ də dərk etməyən tələbələr və müəllimlərin olmasına baxmayaraq sistem özünü doğruldur. Belə ki, Təhsil Nazirliyi tərəfindən mütəmadi tədbirlər təşkil edilir. Bu gün bu konfransı təşkil etməkdə məqsədimiz Bolonya sisteminin tətbiqini, müsbət və mənfi tərəflərini müzakirə etməkdən ibarətdir. Çünki hər sistemin müsbət tərəfləri olduğu kimi, mənfi tərəflərinin də olması normaldır".

Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə