BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib

BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib

Azərbaycanın nüfuzlu təhsil portalı olan Azedu.az ölkədə ən yaxşı ali təhsil müəssisələrini tanımaq üçün sorğu keçirib. BANM-dan SİA-ya verilən məlumata görə, 16000 nəfərin iştirak etdiyi sorğuda 15 universitet iştirak edib. “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusunda Bakı Ali Neft Məktəbi top beşlikdə yer tutaraq “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib.

Azedu.az təhsil xəbərləri portalının baş direktoru Elşad Eyvazlı “İlin ən yaxşı təhsil müəssisəsi” adlı təltifnaməni rektor Elmar Qasımova BANM-da təqdim edib.

BANM-ın rektoru Elmar Qasımov sorğuda ilk beşlikdə yer almalarının sevindirici hal olduğunu vurğulayaraq, portal kollektivi və təşkilatçılara öz təşəkkürünü bildirib.

Ali Məktəblə təhsil portalının əməkdaşlığının daha da genişləndirilməsini nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə