Zəminə Əliqızı: "Hər kəs qanunun tələblərinə əməl etməyə borcludur" - MÜNASİBƏT

Zəminə Əliqızı: "Hər kəs qanunun tələblərinə əməl etməyə borcludur" - MÜNASİBƏT

"Hicab məsələsi qanunla tənzimlənmir və tənzimlənə də bilməz. Bu, bir əqidə məsələsidir". Bunu SİA-ya eksklüziv açıqlamasında Bakı Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Sektor müdiri fikirlərinin davamı olaraq bildirib ki, hər hansı bir təhsil ocağının rəhbərinin öz səlahiyyətləri çərçivəsində qərar vermək ixtiyarı var. Məktəbli forması ilə bağlı müvafiq qərar da verilib. Təbii ki, hər bir fərdin hicab geyib-geyməməsi öz ixtiyarındadır. Bu, onun konstitusiyon hüququdur, azadlığıdır: "Eyni zamanda, orta məktəblərdə şagirdlər arasında ayrı-seçkiliyin olmaması üçün, onların əsasən, təhsil səviyyələrinin yüksəldilməsi üçün bütün lazımi addımlar atılmaqdadır".

Mətbuat xidmətinin rəhbəri bir daha qeyd edib ki, bu məsələlər qanunla tənzimlənir və hər kəs qanunun tələblərinə əməl etməyə borcludur: "Bəzi qruplar məsələni qanunçuluq müstəvisindən kənara çıxarmağa cəhd göstərirlər. Çalışırlar ki, vahid məktəbli forması ilə bağlı qərarı vicdan azadlığına zidd məsələ kimi qələmə versinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə