Magistr və doktorantlar yataqxana ilə təmin ediləcək

Magistr və doktorantlar yataqxana ilə təmin ediləcək

AMEA Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin elmi şurasının 3 oktyabr tarixli birgə iclasında akademiyanın gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. SİA-nın xəbərinə görə, bu islahatların mühüm istiqamətlərindən biri kimi AMEA-nın magistrant və doktorantlarının tədris müddətində yataqxana ilə təmin edilməsinin vacib olduğu vurğulanıb.

İclasda akademiyada təhsil alan magistrant və doktorantlarının sosial problemlərinin aradan qaldırılması üçün onların tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi qərara alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə