Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın “Azərbaycan universitetləri yaxşı mütəxəssis yetişdirmir” fikrinə münasibət bildirib. SİA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən B.Muradova F.Mustafının dediklərinin yanlış olduğunu qeyd edib.
Onun sözlərinə görə, təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi: “Hesab edirəm ki, həm sovet, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrindən nüfuz sahibi olan şəxslər var. Belə çıxır ki, Azərbaycandan xaricə təhsil almaq üçün gedənlər daha gəlməsinlər elə orada qalsınlar? Ona görə də Fazil Mustafanın dedikləri yanlışdır”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB