“Azərbaycanlı tələbələrin xaricdə oxuması ilə bağlı vaxtilə həyata keçirilən Dövlət Proqramı çox uğurlu idi. Onun nəticələrini də görürük. Hesab edirəm ki, bu proqram yenidən bərpa olunsa yaxşı olar”. SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Dövlət Proqramının əsas məqsədi tələbələrimizin xaricdə təhsil alanların ölkəmizə xeyr verməsi idi: “İstənilən azərbaycanlı xaricdə təhsil alırsa, o dövlətimizin maraqlarına uyğundur. Bunun həyata keçirilməsi üçün bir neçə milyon vəsait tələb olunduğundan düşünürəm ki, onu yenidən bərpa etmək olar. Nazirlər Kabineti qarşısında bu məsələ qaldırıla bilər”.
Deputat bu gün Azərbaycanda təhsil alan xaricilərə ölkəmiz tərəfindən yaradılan şəraitin də müsbət amil olduğunu diqqətə çatdırıb.
A.Quliyev söyləyib ki, xaricilərin Azərbaycanda təhsil olması həmin şəxslərin gələcəkdə ölkəmizin elçisi və səfirinə çevrilməsi deməkdir: “Ölkəmizin imkanı olduğu müddətdə xarici vətəndaşların ölkəmizdə təhsil almasına imkan yaratmalıyıq. Bu. ölkəmizin prestijdir. Qoy bizim ali məktəblərimiz o qədər yüksəsk səviyyədə olsun ki, xaricilər ölkəmizdə təhsil almaq üçün növbəyə dayansınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB