LDU-da ümummilli liderin anım gününə həsr edilmiş konfrans keçirilib

LDU-da ümummilli liderin anım gününə həsr edilmiş konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyevin elm və təhsil strategiyası" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetn rektoru, fızika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş Azərbaycan elmi və təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşərı dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edir.

Rektor sözünə davam edərək bildirib ki, Lənkəran Dövlət Universiteti bu gün ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib. O, daha sonra qeyd edib ki, ölkəmizin müxtəlif müəssisə və təşkilatlarında çalışan məzunlarımız ümummilli lider Heydər Əliyev kursuna sadiq olduqlarını əməli fəaliyyətləri ilə sübut edirlər. Universitetdə 1500-dək tələbə təhsil alır, 300 nəfərədək gənc yeni ildə ali məktəbi bitirəcəkdir.

Universitetin tarix və humanitar elmlər fakültəsinin dosenti, tarix elmləri namizədi Rakif İbadov müzakirə olunan məsələ ilə əlaqədar məruzə edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müasir, müstəqil Azərbaycan Respublikası onun siyasi kursunun davamçısı İlham Əliyev tərəfindən regionda ən nüfuzlu və qüdrətli dövlətə çevrilib. Elm və təhsilin inkişafı istiqamətində uğurlu addımlar atılıb.

Universitetin müəllimləri, ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüşu Mirhaşım Talışlı, iqtisad elmləri namizədi Tofıq Paşayev, pedaqoji elmləri namizədi Afıq Əliyev respublikamızın iqtisadi, sosial və mədəni sahələrində, o cümlədən elm və təhsildə qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulayıblar.

Tələbələrdən Seymur Mustafayev, Urfanə Diyarova və başqalan ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq qalacaqlarını bildiriblər.

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar rayonda görülən tədbirlərdən danışıb və qeyd edib ki, dahi rəhbərin adı tarixdə daim yaşayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə