Azərbaycanda tədris ilinin yenidən sentyabrın 1-də başlanması təklifi irəli sürülüb

Azərbaycanda tədris ilinin yenidən sentyabrın 1-də başlanması təklifi irəli sürülüb

Milli Məclisin deputatı Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanmasını təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin deputatı Tahir Kərimli bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib ki, dərslərin sentyabrın 15-də başlanmaı təshil sisteminin pozulmasına səbəb olur .

Onun sözlərinə görə, yeni tədris ilinin sentyabrın 15-də başlanması istirahət və məktəbə hazırlıq məsələlərində valideynlər üçün xeyrli ola bilər: “Lakin uşaqların yaxşı təhsil alması üçün yenidən dərs ilin sentyabrın 1-də qaytarılması daha düzgün olardı”.

Deputat çıxışı zamanı məktəblərdə dərs yükünün azaldılması məsələsinə toxunub.

O deyib ki, uşaqlara yüklənən vəsait onların sağlamlığına ziyan vurmuş olur: “ Uşaqlar artıq öz çantalarını daşıya bilmir. Onlara ya sürücü ya da valideynlər kömək edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə