Dekabrın 14-15-də Azərbaycan Dillər Universitetində (ADU) "Bolonya prosesinin tətbiqi təcrübəsi" adlı Respublika Elmi Konfransı keçiriləcək. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovdan aldığımız məlumata görə, konfransda "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili" və "Ali məktəblərin cəmiyyətdə rolu və keyfiyyətin təmin olunması" bölmələrində çıxışlar və fikir mübadilələri olacaq.
Adıçəkilən konfransın plenar iclasında təhsil naziri Misir Mərdanovun, ADU-nun rektoru Səməd Seyidovun və digər ali məktəb rəhbərlərinin iştirakı və çıxışı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB