Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev iclasın əsas məqsədinin "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn görülmüş işləri müzakirə etmək olduğunu vurğulayıb.
O.Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb.
Lakin bunlarla yanaşı nazir qan xidməti müəssisələrinin idarə edilməsində pərakəndəlik, qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı saldığını vurğulayıb.
Bütün bunları nəzərə alaraq "Qan xidmətinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə" 30.11.2010-cu il tarixində Səhiyyə naziri Oqtay Şirəliyev 102 saylı Əmr imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB