Dekabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi. ADU Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə universitetin Akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayaraq Azərbaycanın inkişafında onun böyük rolu olduğunu bildirdi.
1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Heydər Əliyev haqqında danışmaq üçün intellektual zəka sahibi olmağın vacibliyini söylədi.
Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov ümummilli lider Heydər Əliyev haqqında danışmağın həm asan, həm də çətin olduğunu bildirdi. Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasların öz əksini tapdığını deyən F. Cahangirov Heydər Əliyevin Azərbaycan vətəndaşlarını müəyyən məram və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideologiyasını yaratdığını bildirdi.
Universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Namiq Əsədov ulu öndər Heydər Əliyev haqqında danışmağın fəxr olduğunu dedi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz gərgin fəaliyyəti ilə xalqın və dövlətin əsl rəhbəri olduğunu sübut etdiyini söylədi. Tərbiyə işləri üzrə prorektor ADU-nun hər zaman Heydər Əliyev siyasətinə bağlı olduğunu bildirərək bu yolda rektor Səməd Seyidovun yorulmaz fəaliyyətindən danışdı.
Universitetin tələbəsi, YAP Gənclər Təşkilatı ADU bölməsinin rəhbəri Əmir Hacılı Heydər Əliyevin hakimiyyəti dövründə, eləcə də indi, Prezident İlham Əliyevin yürütdüyü siyasətin böyük hissəsinin gənclərlə bağlı olduğunu söylədi və ümummilli liderin bu sahədə gördüyü işlərdən və imzaladığı sərəncamlardan danışdı.
ADU-nun professoru Adil Babayev 7 il Heydər Əliyevsiz yaşadığımıza baxmayaraq, onun ruhən və mənən bizimlə olduğunu söylədi. Heydər Əliyevin bütün azərbaycanlıların qəlbində, abad etdiyi yerlərdə yaşadığını söylədi.
Özünün yazdığı "Koroğlunun Çənlibelə qayıdışı" mənzum dramında Heydər Əliyevin Azərbaycanın çətin günlərində onu xilas etməsini ədəbi dildə təsvir etdiyini söylədi.
Tələbə Könül Yaqubova dramdan bir parça səsləndirdi. Sonda Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq üçün ərizə yazan müəllim və tələbələrin adları oxundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB