Təhsil Nazirliyi ilə “KNAUF İnternational GmbH” arasında niyyət protokolu imzalanıb
Təhsil Nazirliyi ilə Avropanın ən iri tikinti materialları istehsalçılarından biri olan "KNAUF İnternational GmbH" arasında niyyət protokolu imzalanıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, niyyət protokoluna əsasən ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində "Quru inşaat ustası" peşəsi üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Bakının 4 və 18, Gəncənin 3 saylı peşə liseylərində yeni dərs ilindən mütəxəssis hazırlığına başlamaq planlaşdırılır.
Həmin liseylərdə yeni ixtisas üçün ayrılmış sinif otaqlarında və emalatxana sahələrində "KNAUF İnternational GmbH" tərəfindən tədris və təlim üçün lazım olan avadanlıq quraşdırılacaqdır.
Eyni zamanda liseyin istehsalat təlimi ustaları və ixtisas müəllimləri yeni peşə üzrə xüsusi hazırlıq keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB