“ABİTURİYENT” jurnalı “Abituriyentin kitabxanası” seriyasından yeni nəşrlər planlaşdırır
"ABİTURİYENT" jurnalı "Abituriyentin kitabxanası" seriyasından yeni nəşrlər planlaşdırır. TQDK-dan SİA-ya verilən xəbərə görə, nəşrlərin məqsədi ilk növbədə abituriyentlərin biliklərinin genişlənməsinə və dərinləşməsinə, bütövlükdə dünyagörüşlərinin formalaşmasına dəstək olmaq, onlarda müxtəlif peşə-ixtisas sahələri haqqında dürüst təsəvvür yaratmaq, təhsilə və elmə marağını gücləndirməkdir. "ABİTURİYENT" jurnalı hesab edir ki, nəşrlər abituriyentlərə həm öyrəndikləri fənlər, həm də seçdikləri peşə-ixtisas sahələri barədə hərtərəfli və ətraflı məlumatlar verəcək.
Digər tərəfdən, nəşrlərin səhifələrində mütəxəssislər ayrı-ayrı sahələr üzrə mürəkkəb mövzuları şərh etməklə öz mülahizələrini, bilik və təcrübələrini həmkarları ilə paylaşa biləcək, bunları yayacaq, dolğunlaşdıracaq, zənginləşdirəcəklər.
Göstərilən məqsədlərə uyğun olaraq nəşrlərə müxtəlif səpkidə materiallar – ixtisas sahələrinin, peşə fəaliyyətinin maraqlı və spesifik cəhətlərinə həsr edilmiş yazılar, müasir elmi yeniliklərin populyar şərhləri, elmi məqalələr, elmi-metodiki, tədris-metodiki məqalələr və vəsaitlər, o cümlədən metodiki işləmələr, tövsiyələr, ayrı-ayrı bilik sahələrinə aid konkret mövzular üzrə nümunəvi dərs planları, dərsliklərin, dərs vəsaitlərinin təhlili, onlar haqda elmi rəylər, tərcümə materialları və s. təqdim edilə bilər.
Redaksiya təqdim edilən materialların nəşrlərin məqsədlərinə uyğunluğuna, onların praktikaya istiqamətlənmiş olmasına xüsusi əhəmiyyət verəcək. "Abituriyentin kitabxanası" nəşrlərinə ölkənin bütün tədqiqatçı alimləri, doktorantlar, dissertantlar, təcrübəli müəllimlər, metodistlər və digər mütəxəssislər material təqdim edə bilərlər.
"ABİTURİYENT" jurnalı Sizləri ümumi məqsədimiz naminə bu işdə fəal iştiraka çağırır və hamınıza uğurlar arzulayır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB