Şahlar Əsgərov: “Əgər universitetin göstərdiyi xidmət dövlətin verdiyi haqdan çoxdursa, o zaman bu pulu artırmaq lazımdır” - AÇIQLAMA
"Təhsil qulluq sferasıdır və universitet hər bir təhsil alana müəyyən qulluq göstərir. Bu xidmət isə mütləq pullu olmalıdır. Əgər universitetin göstərdiyi xidmət dövlətin verdiyi haqdan çoxdursa, o zaman bu pulu artırmaq lazımdır". Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov dövlət sifarişli ixtisaslarda təhsil haqqının artırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O söyləyib ki, ölkədəki universitetlər tələbələrə müxtəlif cür xidmətlər göstərir. Ş.Əsgərovun sözlərinə görə, ölkədə həm ucuz, həm də bahalı xidmət göstərən universitetlər var: "Burada diferensasiya lazımdır ki, hansı universitet nə istəyir. Azərbaycanda da universitetlər çoxdur, müxtəlif cür fəaliyyət göstərir, reytinqləri müxtəlifdir və ictimaiyyətdə fərqli yerləri var. Birinci yerdə duran universitet çox pul istəyirsə, mən bunu təbii qarşılayıram. Bir sözlə təhsil xidmət sahəsidir və bu xidmət pullu olmalıdır. Keyfiyyətli xidmətə daha çox, orta səviyyəyə orta, az keyfiyyətə malik olana isə az pul vermək lazımdır".
Ş.Əsgərov qeyd edib ki, universitetdə maliyyələşmə normal olmalıdır ki, o, təhsili normal vəziyyətdə saxlaya bilsin. XXI əsrin elmə, biliyə söykənən əsr olduğunu deyən ekspert vurğulayıb ki, hansı dövlət elmə, biliyə söykənən qərarlar qəbul etsə, o dövlətin gələcəyi daha parlaqdır. Onun fikrincə, əks təqdirdə çətinliklər olacaq və bu ölkədə heç bir inkişafdan söhbət getməyəcək.
"Ancaq qeyd etməliyəm ki, tək maliyyə ilə də iş bitmir. Külli miqdarda maliyyəni gətirib küt bir adamın qarşısına qoyduqda o, nə edə biləcək?. Bunun üçün alimləri seçmək, istedadlını istedadsızdan, alimi qeyri-alimdən ayırıb maliyyəni işlətmək lazımdır. Bir çox ərəb ölkələri var ki, onlarda bəşəri dəyərlərə söykənmə olmadığından özlərinin alimləri yoxdur. Buna kompleks yanaşma lazımdır. İlk növbədə elmi mühit yaratmaq lazımdır. Əgər bir alim elmi nəticə alıbsa, onu seminarda, konfransda danışmalı, həmkarları ilə müzakirə etməli və qarşı tərəfdən dəstəklənməlidir. Bir alimin gördüyü işlər həmkarları tərəfindən dəstəklənərsə, o, daha da həvəslənəcək və yeni uğurlara imza atacaq. Tez-tez konfranslar çağırmaq lazımdır ki, alimlər nailiyyətlərini müzakirə etsinlər. Konfranslar konfrans keçirmək xatirinə deyil, müəyyən nəticələrin müzakirəsi niyyəti ilə çağırılmalıdır. Ona görə də bir sözlə bu sahədə elmi nühit yaratmaq lazımdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

USD
EUR
GBP
RUB