Misir Mərdanov Bakı Dövlət Universitetinin 2000 universitet arasında seçilməsini irəliyə doğru atılmış addım hesab edib
Təhsil naziri Misir Mərdanov dünyanın 2000 ali məktəbinin siyahısında Bakı Dövlət Universitetinin 1951-ci yer tutması məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən nazir bu barədə məlumatı mətbuatdan oxuduğunu deyib. Onun sözlərinə görə, ancaq mətbuatda bəzi məsələləri bilmədən və ya bilərəkdən mənfi tərəfə yozmağa çalışırlar: "Gəlin etiraf edək ki, biz belə bir beynəlxalq yarışda iştirak etməmişik. Dünyada on minlərlə universitetlər var və gəlin etiraf edək ki, Moskva Dövlət Universiteti kimi nüfuzlu universitet dünyanın 100 ən yaxşı ali məktəbinin siyahısına düşə bilməyib. Belə olan halda Bakı Dövlət Universitetinin 2000 universitet arasında seçilməsini irəliyə doğru atılmış addım hesab edirəm və tutduğu yer də layiqlidir. Bizim bu sahədə təcrübəmiz çox azdır. Ümumiyyyətlə istənilən bir yarışda iştirak etmək üçün ona xüsusi hazırlaşmaq lazımdır. Bizim isə bu sahədə hələ ki, ciddi bir təcrübəmiz yoxdur. Bu baxımdan Bakı Dövlət Universitteinin 200 ali məktəb arasında müəyyən yer tutmasını çox yüksək qiymətləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB