"Məktəb şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür" RƏY-ÖZƏL
“Bu gün ölkəmizdə təhsillə bağlı tələblərə cavab vermək istiqamətində mühüm işlər görülür ki, bunlardan da biri məktəb şəraitinin yaxşılaşdırılmasıdır. İstər regionlarda, istərsə də paytaxtda məktəb şəraiti mühüm şəkildə yaxşılaşdırılıb”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
O bildirib ki, dünyanın heç bir ölkəsində dövlət başçısı məktəblərin açılışında, məktəb şəraiti ilə yaxından tanışlıqda iştirak etmir: “Lakin ölkəmizdə Prezident İlham Əliyevin yeni tikilən və əsaslı təmir olunan məktəblərin açılışında iştirak etməsi, dövlət başçımızın təhsil sahəsinə göstərdiyi qayğının bariz nümunəsidir. Yeni tədris ilinin açılmasına qədər dövlət başçısının bir neçə yeni məktəblərin açılışında iştirakının şahidi olduq”.
Ekspert söyləyib ki, ölkəmizdə təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən biri müəllim hazırlığı məsələsidir ki, bu sahədə də mühüm irəliləyişlər əldə edilib: “Bildiyini kimi bir neçə gün öncə təhsil işçilərinin sentyabr konfransında da açıqlandı ki, ölkəmizdə müəllim peşəsinə olan maraq xeyli artıb. Artıq 500-dən artıq bal toplayanlar müəllimlik ixtisasını seçirlər. İndi yaxşı müəllim yetişdirmək üçün əsas məsuliyyət pedaqoji ali məktəblərin üzərinə düşür”.
Təhsil sahəsində əsas məsələlərdən birinin dərsliklərin olduğunu deyən ekspert vurğulayıb ki, bu sahədə müəyyən çatışmazlıqların olmasına baxmayaraq, ümumilikdə bu sahədə son illər mühüm islahatlar aparılır: “Artıq neçə illərdir ki, dərsliklər orta məktəb şagirdlərinə pulsuz şəkildə paylanılır. Buna görə, Dövlət başçısına təşəkkür edirəm. Çünki dərsliklərin dövlət tərəfindən pulsuz şəkildə verilməsi valideynlərin məktəb xərcini xeyli şəkildə yüngülləşdirmiş olur ”.
E.Əliyev qeyd edib ki, yuxarıda sadalanan tələblərlə yanaşı, Prezident İlham Əliyevin təsdiq etdiyi “Təhsilin inkişafı ilə bağlı dövlət strategiyası”ndan irəli gələn mühüm məsələlərin icrası artıq tamamlanmaq üzrədir: “Burada orta məktəblərdə təmayülləşmənin tətbiq olunması, 12 illik təhsilə mərhələli keçid, müəllimlərin əmək haqlarının yüksəldilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Müəllimlər də öz növbəsində ona göstərilən bu diqqəti qarşılığında uşaqlara yüksək səviyyəli təhsillə ödəməlidirlər”.
Ölkəmizdə təhsil sahəsində aparılan islahatların davamlı olacağını deyən ekspert əlavə edib ki, olimpiada mərkəzlərinin yaradılmasının nəticələri artıq görünməkdədir: “Şagirdlərimiz dünyanın aparıcı olimpiada yarışlarında müxtəlif fənlər üzrə uğurlar əldə edilər ki, bunun özü də düşünülmüş təhsil strategiyasının əsas nəticələrindən biridir. Fürsətdən istifadə edən təhsillə bağlı bütün heyəti yeni tədris ili münasibətilə təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB