"Bilik günü" ənənəvi olaraq Səbail rayonunda yerləşən bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb. SİA-nın məlumatına görə, Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəb də "Bilik günü"nü qeyd edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
“Sahil bağı”nda qeyd olunan “Bilik günü” tədbirində 7 saylı tam orta məktəbin şagirdlərinin ifasında müxtəlif şeir nümunələri, mahnı və rəqslər ifa edilib.
Tədbirdə ilk çıxış edən məktəbin direktoru Könül Həsənova şagirdləri “Bilik günü münsaibətilə təbrik edib: “Bu gün ilk dəfə məktəbə qədəm qoyanlar həyacan yaşayırlar. Hər birimizin həyatında ən önəmli varlıqlar bizim övladlarımızdır. Siz də valideyn olaraq onların sevincini yaşayırsız. Mən bütün valideynləri bu gün münsaibətilə təbrik edirəm. Əziz birincilər bizim məktəb aləminə xoş gəlmisiz. Sizə uğur, kamillik arzu edirəm. Müəllimlərimiz hər zaman sizə dayaq və dəstək olacaq”.
Ötən il məktəb məzunlarından ikisinin medala layiq görüldüyünü deyən məktəb direktoru söyləyib ki, ötən tədris ilində 64 məzunumuzdan 57-si tələbə adını qazanıb: “Mən bu münasibətlə müəllim və məktəb kollektivimizi təbrik edirəm. Ümid edirəm ki, yeni tədris ili də uğurlu olacaq”.
Tədbirin davamında çıxış edən Səbail rayon icra hakimiyyətinin nümayəndəsi Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından söz açıb.
Bildirilib ki, yeni tədris ilinə hazırlıqlarda Səbail rayonu da geri qalmayıb. Qeyd olunub ki, Səbail rayonunda yeni tədris ili üçün 1 məktəb əsaslı təmir olaraq istifadəyə verilib.
Çıxışlardan sonra birincilər üçün ilk zəng səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB