Doktorantura səviyyəsinə yeni ixtisas əlavə olunub

Nazirlər Kabineti “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib. SİA xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “Sosiologiya” bölməsinə “Sosial struktur, sosial institutlar və proseslər” ixtisasından sonra “Sosial iş” ixtisası əlavə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə