Araik Harutyunyan: "Ermənistanın təhsil sahəsində ciddi problemlər var"
Ermənistanda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi problemlər yaşanır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanın Təhsil və Elm naziri Araik Harutyunyan verdiyi açıqlamasında bildirib ki, təhsilin keyfiyyətində problemlər olduğu üçün Ermənistan diplomlarının tanınması istiqamətində bir sıra ölkələrlə problemlər yaşanmaqdadır.
Onun sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən özəl tibb müəssisələri ölkənin təhsil sektorunun inkişafı üçün ciddi maneələr yaradır ki bu da nəticə etibarı ilə təhsil sahəsində böyük problemlərə gətirib çıxarır.
Araik Harutyunyan qeyd edib ki, ölkədə ciddi demoqrafik problemlər universitetlərdə tələbə çatışmazlığına şərait yaradıb: “Ermənistanın Təhsil və Elm Nazirliyi təhsil müəssisələrinin çətin böhran dövründən xilas etmək üçün digər ölkələrdən olan tələbələrin cəlb edilməsi yoluna əl atmağa çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB